İbrahim Tatlısəs boşandı

3

 

Məşhur sənətçi İbrahim Tatlısəs bu gün həyat yoldaşı Ayşegül Yıldızdan boşanıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, türkiyəli müğənni iki il öncə evləndiyi xanımı ilə bu gün yollarını ayırıb. Ailə məhkəməsinə müraciət edən cütlük ilk məhkəmədəcə boşanıblar. Proses 15 dəqiqiə davam edib. Təhlükəsizliklə bağlı məhkəmə binasının birinci mərtəbəsinə yad adamların girişi məhdudlaşdırlıb.
Boşanmaya səbəb isə cütlük arasındalı anlaşılmazlıq göstərilib.

Xatırladaq ki, 11 il sevgili olduqdan sonra 2011-ci ildə başından güllələnən İbrahim Tatlısəs Ayşegül Yıldız ilə xəstəxanada evlənmişdi. Bu evlilikdən onların aprel ayında 1 qız övladı dünyaya gəlib