İbrahim Tatlısəsin ölüm xəbəri yayıldı

Ibo

Məhşur türk müğənnisi İbrahim Tatlısəs barədə yayılan xəbər hər kəsi şoka salıb.

XALQ.AZ-ın məlumatına görə, Twitterdə öldü xəbərlərinə qurban gedən məşhurların sırasına İ. Tatlısəs də qatılıb. Ötən gün axşam saatlarından etibarən atılan bir-iki tvit ilə başlayan dedi-qodu daha sonra sosial mediada sürətlə yayıldı.

Twitterin trendi olan bu iddia, hətta Google axtarış saytına da təsir edib. “İbrahim Tatlısəs”, “İbrahim Tatlısəs öldü?” və buna oxşar şəkildə olan yazılar Google Trend siyahısına daxil olub.

Qeyd edək ki, ifaçı özü bu barədə hələ ki, məlumat paylaşmayıb.