İbrahim Tatlısəsin qızı koronovirusa yoluxdu-Təcili xəstəxanaya yerləşdirildi

Türkiyəli müğənni İbrahim Tatlısəsin qızı Dilan Çıtak Tatlısəs koronavirusa yoluxub.

XALQ.AZ xəbər verir ki, Dilan bu barədə sosial şəbəkədə paylaşım edib:

“Oynaq ağrıları, dad və iybilmə hissiyatımın itirilməsi şikayətlərindən sonra verdiyim Covid-19 testi pozitiv çıxdı”.

Xatırladaq ki, Dilanın sevgilisi Levent Dörter də koronavirusa yoluxmuş, 10 günlük müalicədən sonra ötən həftə xəstəxanadan evə buraxılmışdı.