İclas keçirildi-İsa Həbibbəyli vəzifəsindən azad olundu
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclası keçirilib.
İclasda filologiya elmləri doktoru Sərxan Xavəri AMEA-nın Humanitar Elmlər Bölməsinin “Filologiya və sənətşünaslıq” jurnalının baş redaktoru təyin olunması ilə bağlı qərar qəbul edilib.
Qeyd edək ki, “Filologiya və sənətşünaslıq” jurnalının baş redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli idi.