İcazələri bu qurumlar verəcək

Xəbər verdiyimiz kimi, Bakı, Gəncə, Sumqayıt, Abşeron, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax inzibati vahidlərində saat 21-dən saat 6-dək hərbi vəziyyət elan olunur və küçəyə çıxmaq qadağa olunur. 

XALQ.AZ-ın xəbərinə görə, Prezident köməkçisi Hikmət Hacıyev məlumat verib ki, sözügedən yerlərdə müvafiq icazələrin alınması ASAN xidmət və Daxili İşlər Nazirliyi vasitəsilə alınacaq. 

İcazələr elektron icazə formatında həyata keçiriləcək.