İcazəsi olan şəxslər bu halda cərimələnəcəklər – RƏSMİ

“İşə gedib-gələn zaman fəaliyyətinə icazə verilmiş şəxslər öz ailə üzvlərini həmin maşında daşıya bilməz”.

XALQ.AZ-ın xəbərinə görə, bunu Baş Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

O bildirib ki, yalnız o halda icazə verilə bilər ki, ailə üzvlərindən kimsə və ya başqa bir şəxs fəaliyyətinə icazə verilmiş müəssisədə çalışsın.

Kamran Əliyevin sözlərinə görə, sərt karantin rejimi tətbiq edilən ərazilərdə xüsusi postlardan başqa, mobil postlar da fəaliyyət göstərəcək: “Digər rayonların sakinləri sərt karantin rejiminin tətbiq edildiyi rayonların ərazisindən keçib gedə biləcəklər. Amma həmin rayonun yaşayış yerlərinə daxil ola bilməzlər. Bu ərazilərdən yalnız tranzit kimi istifadə olunacaq. Karantin günlərində bir nəfərin öz itini gəzdirdikdən sonra başqasına, qonşusuna verməsi qadağandır. Belə hallara ciddi nəzarət olunacaq”.

O qeyd edib ki, Lənkəran rayon olsa da, orada sərt karantin rejimi sadəcə şəhərin özündə tətbiq olunur: “Ancaq rayonun digər kəndlərində bu, nəzərdə tutulmayıb. Bu həftə əlavə edilmiş Salyan, Yevlax, İsmayıllı, Kürdəmir rayonunun bütün ərazilərində sərt karantin rejimi tətbiq olunur”.