İçərişəhərdə “ “Xəzinə” muzey ekspozisiyasının açılışı baş tutub
İçərişəhərdə “ “Xəzinə” muzey ekspozisiyasının açılışı baş tutub
Mayın 21-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü, “AzerGold” QSC-nin dəstəyi ilə Şirvanşahlar Sarayı Kompleksində Azərbaycanda zərgərlik sənəti və numizmatika nümunələrinə həsr edilən “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimi keçirilib.
Tədbirdə dövlət qurumlarının rəsmi şəxsləri, Milli Məclisin üzvləri, dövlət və özəl şirkətlərin rəhbər şəxsləri, eləcə də mədəniyyət və incəsənət xadimləri iştirak edib. Açılış mərasimində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə və “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov çıxış ediblər.
“Xəzinə” muzey ekspozisiyasında antik çağlardan XX əsrə qədər uzanan dövrə aid zərgərlik metaliçməsənəti və numizmatika nümunələri, bir çoxu ilk dəfə olaraq nümayiş olunacaq. Tədbir çərçivəsində, həmçinin AzerGold QSC-nin İçərişəhərə həsr etdiyi qızıl sikkə kolleksiyasının təqdimatı olub.