İcra başçıları nə qədər əməkhaqqı alır?

Son zamanlar icra başçıları ilə bağlı kadr islahatları aparılır.<

Bəzi sabiq icra başçılarının adları ciddi maxinasiyalarda, mənimsəmə hallarında hallanıb.

Bu da belə bir sual doğurur – təmtəraqlı villalara, maşınlara malik olan rayon icra hakimiyyətlərinin başçıları nə qədər əməkhaqqı alır?

XALQ.AZ xəbər verir ki, Azərbaycanda dövlət orqanlarında rəhbər vəzifələr tutan məmurların aylıq maaşı ölkə Prezidentinin 10 avqust 2004-cü il tarixdə təsdiqlədiyi “Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” sərəncamı ilə tənzimlənir. Bu sərəncam həmin ilin sentyabrın 1-dən qüvvəyə minib.

Sərəncama görə, yerli icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilir:

Bakı şəhəri üzrə icra hakimiyyətləri başçılarının əməkhaqqı – 1 925 manat

Gəncə və Sumqayıt şəhərləri üzrə – 1 280 manat

Şəhər və rayon üzrə – əhalisinin sayı 100 min nəfərdən çox olduqda – 1 045 manat

Əhalisinin sayı 50-100 min nəfər olduqda – 990 manat

Əhalisinin sayı 50 min nəfərədək olduqda – 880 manat.

XALQ.AZ