İcra başçısı barama müşavirəsi keçirdi

Lənkəran Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda kompleks tədbirlər həyata keçirilir. 

XALQ,AZ xəbər verir ki,  ilk növbədə baramaçılığın  yem bazasının yaradılmasından ötrü 2016-2017-ci illərdə Çin Xalq Respublikasından gətirilmiş 49 min tut tingi əkilib, onlara lazımi aqrotexniki qulluq göstərilir. Rayonda bu sahədə ən çox iş “Yaşıl çay” MMC-də görülüb. Burada baramaçılıq təsərrüfatı yaradılıb, 12 min tut tingi becərilib. Bundan başqa respublikada ilk dəfə olaraq Çin mütəxəssislərinin iştirakı ilə həmin tingləri artırmaq məqsədilə budaqlarından klon üsulu ilə istifadə edilərək tut ağaclarının sayı 100 minə çatdırılıb. Artıq təsərrüfatda Çin texnologiyası üzrə fəaliyyət göstərəcək kümxana quraşdırılıb.

Bu gün açılışı olmuş kümxanada  kümçülərin ümumrayon müşavirəsi keçirilib. MMC-nin rəhbəri Araz Yaqubov çıxış edib baramaçılığın inkişafı ilə bağlı təsərrüfatda görülən işlər barədə müşavirə iştirakçılarına ətraflı məlumat verib. O qeyd edib ki, kümxana Çin mütəxəssislərinin tövsiyyələri əsasında qurulub və burada yüksək keyfiyyətli barama məhsulu istehsalından ötrü bütün lazımı şərait yaradılıb.

İcra başçısı Taleh Qaraşov baramaçılığın inkişaf etdirilməsi ilə bağlı Prezidentin qarşıya qoyduğu vəzifələrin vaxtında icra edilməsindən və cari ildə ilk məhsul olaraq 3 ton baramanın istehsalından ötrü bütün səylərin səfərbər olunmasını və gələcəkdə təsərrüfatların genişləndirilməsi, yem bazasının artırılması və barama qurdunun saxlanma şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tövsiyyə və tapşırıqlarını verib.

 

Elgün