İcra başçısı baş həkimdən 70 min manat tələb etdi

Agdam

Ağdamın icra başçısı Raqub Məmmədovla baş həkim arasında münaqişə yaranıb

Münaqişəyə səbəb isə Raqub Məmmədovun Ağdamın baş həkimindən abadlıq işlərinin aparılması üçün 70 min manat tələb etməsi olub.

XALQ.AZ xəbər verir ki, bu barədə PİA.AZ-a Ağdamdan daxil olan məlumata əsasən Ağdamın təqribən on gün əvvəl Ağdam rayonunun yeni icra başçısı Raqub Məmmədov rayon Mərkəxi Xəstəxanasının baş həkimi Gülnar Abbasovanı yanına dəvət edərək ondan rayonda abadlıq işlərinin aparılması üçün 70 min manat tələb edib. Eyni zamanda icra başçısının baş həkimdən başqa bir tələbi olduğu da məlumatda qeyd olunur. Məlumata əsasən Raqub Məmmədov Ağdamın baş həkimindən tələb edib ki, bununla bağlı həkimlərdən və xəstəxanalardan pul toplanmayacaq və Gülnar Abbasova tələb olunan məbləği öz hesabından ödəyəcək.

Mənbəninin bildirdiynə görə başçının tapşırığına baxmaayraq baş həkim xəstəxanalardan və həkimlərdən pul toplayıb. Bütün kənd tibb məntəqələrinin müdirlərindən isə minimum 2-3 min manat pul toplanıb.

Bildirilir ki, baş həkimin xəstəxanalardan, tibb məntəqələrindən və şöbə müdirlərindən, həmçinin tibbi personaldan pul tloplaması haqqında məlumat Raqub Məmmədova yaxın olan bir şöbə müdiri tərəfindən icra başçısına çatdırılıb. Həmin şöbə müdiri həmçinin bildirib ki, vəsait İcra başçısının tələbi əsasında toplanılır.

Bundan qəzəblənən icra başçısı baş həkimin işdən azad olunması üçün Səhiyyə Nazirliynə təqdimat yollamağa qərar verib. Raqub Məmmədovun yeni baş həkimliyə namizədi isə xəstəxanaolardan və tibbi personaldan pul toplanması ilə bağlı onu məlumatlandıran şöbə müdirinin olduğu bildirilir.

Qeyd edək ki, məsələ ilə bağlı Raqub Məmmmədovun mövqeyini öyrənməyə cəhd etsək də, telefonu icra başçısının sürücüsü açdı və başçının hazırda danışa bilməyəcəyini bildirdi.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…