İcra başçısı bu şəxsə vəzifə verdi

Nəsimi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pərvanə Əli qızı Kazımzadə öz ərizəsi ilə vəzifəsindən ayrılıb.

Pravda.az xəbər verir ki, icra başçısı Asif Əsgərovun müvafiq əmri ilə, onun yerinə Bəybala Quliyev təyin edilib. O, bu təyinata qədər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb.Unikal.org