İcra başçısı fermeri kabinetində döyüb?

Ali

Füzuli rayonunda inanılmaz hadisə baş verib. Xalq.az Azerinfo.org-a isertinadən məlumat verir ki, Füzulu rayon icra hakimiyyətinin başçısı martın 28-də fermerlərlə görüşündən sonra, rayonun ən böyük fermer təsərrüfatının başçılarından birini öz kabinetində döyüb. Mənbəmiz iddia edir ki, Alı Alıyev rayona icra başçısı təyin edildikdən sonra kənd təsərrüfatının inkişafı üçün dövlətdən fermerlərə verilən pulun 50 faizi onlardan alınır. Bir çox fermerlər bununla barışsada,bir çox fermer öz etirasını bildirir. Etirazını bildirən fermerlərin sahələrinə gedən suvarma suları bağlanır,və bundan sonra fermerlər məcburən Alı Alıyevin adamlarının istəyini yerinə yetirməyə məcbur olur.

2012-ci ildə Ölkə Prezidenti Ilham Əliyevin sərəncamı ilə Füzulidə kənd təsərrüfatı ilə məşğul olan fermerlərə kənd təsərrüfatının inkişafı üçün 1 milyon 600 min manat pul ayrılıb. Həmin pulun 41 min hektar sahəyə xərclənməsi nəzərdə tutulub. Sənədlərdə göstərilən 41 min hektar sahənin 7 min hektarının saxta olduğu deyilir. Belə ki, Füzuli Rayon Icra Hakimiyyətinin başçısı Alı Alıyev heç bir hüquqi sərəncam olmadan həmin 7 min hektarı Bakıda və digər rayonda yaşayan şəxslərin adına yazıb və həmin əraziyə ayrılan pullar ona qalır.

Hər hektara 40 manatın ayrıldığını deyən qaynaq bildirdi ki, həmin pulun yarısı icra başçısına qalır: “Ayrılan 1 milyon 600 min manat pulun 800 min manatı icra başçısına çatır. Ildə iki dəfə fermerlərə belə yardım ayrılır. Bundan öncə isə Füzuli rayonuna 850 min manat pul ayrılbmış və onun da yarısını da icra başçısı mənimsəyib”.

Qaynaq əlavə edir ki, hər il büdcədən kənd təsərrüfatının inkişafı üçün dövlətdən fermerlərə 75 milyon manat vəsait ayrılır.

Fermerlərə verilən həmin pulun 50 faizinin onlardan alınması narazılıq yaratsa da, heç kəs qorxusundan etiraz edə bilmir. Etiraz edənlər bunun növbəti yardımları itirə bilərlər. Hər il Mart ayında keçrilən ənənəvi görüşün əslində icra başçısı Alı Alıyevin fermerlərə təsiri etmək metodu adlandırmaq olar. Belə ki,fermerlərə pullar əslində aprelin 1-dən verilməyə başlayır. Elə buna görə də icra başçısı görüşü martın 28-ə salaraq fermerləri qabaqlayır. Məhz sonuncu görüşdə icra başçısına bu pulu və əlavə olaraq sahib olduğu “Qarabağ” hotelinə haqq qoyulan aylıq 750 manat pulu verməkdən imtina edən fermer döyülüb. Artıq fermerin Bakıdakı yüksək rütbəli bir məmurla görüşdüyü və Alı Alıyevin özbaşnalığı haqda məlumat verdiyi bildirilir.