İcra başçısı həbs olundu-Sevgilisinə görə

Moskvanın Ramenski rayonunun rəhbəri Andrey Kulakov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib.

XALQ.AZ  Rusiya KİV-nə istinadən xəbər verir ki, rayon rəhbəri sevgilisi Yevgeniya İsayenkovanı öldürməkdə şübhəli bilinir. Qadın avtomobilində boğulmuş halda aşkarlanıb. Kulakov cinayəti törətdiyini qəbul etmir.

Məlumata görə, Andreyin həyat yoldaşı da onunla məşuqəsinin əlaqəsindən xəbərdar imiş və ərinə təzyiq göstərirmiş. Yevgeniyanın boğulduğu avtomobilində icra rəhbərinin DNT nümunələrinə rast gəlinib. Bundan başqa, poliqrafla yoxlamalar zamanı Kulakovun qətldə iştirakı təsdiqini tapıb. Adı cinayətdə hallanan rayon rəhbəri istefa verməli olub.

Глава Раменского района Подмосковья Андрей Кулаков