İcra başçısı müavinini və köməkçisini işdən çıxardı

Şamaxı rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

XALQ.AZ xəbər verir ki, bu barədə rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov əmr imzalayıb.

Əmrə əsasən, başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Mübariz qızı Ələkbərova və başçının köməkçisi Yaqub Arif oğlu Yaqubov vəzəfəsindən azad olunub.

Onların yerinə təyinat olmayıb.