İcra başçısı ordenlə təltif edildi

Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezident İlham Əliyev Vidadi İsayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Vidadi İsa oğlu İsayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, V.İsayev 1959-cu ilin aprelin 18-də Ermənistan SSR-nin Əzizbəyov rayonunun Artavan kəndində anadan olub. 2005-2011-ci illərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 2011-ci ildən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.

 

Orxan