İcra başçısı özünə 1-ci müavin təyin etdi

1599467616 157462

Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinin birinci müavini təyin edilib.

XALQ.AZ-ın məlumatına görə, İcra başçısı Elşad Həsənov bununla bağlı əmr imzalayıb.

İmzalanmış əmrə görə, yeni birinci müavin Əfəndiyev Hüseyn Namiq oğludur.

Buna qədər bu vəzifə vakant idi.

Elşad Həsənov 2019-cu ilin noyabrından Yasamal rayonuna başçı təyin edilib.