İcra başçısı pambıqçılığın inkişaf ilə bağlı tövsiyələr verdi – FOTO

Yanvarın 31-də Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov növbəti səyyar qəbul-görüşünü Hacıqabul rayonunun Abdulabad kənd sakinləri ilə keçirib. 

XALQ.AZ xəbər verir ki, Abdulabad kənd sakinlərinin, hüquq-mühafizə orqanlarının, xidmət sahələri rəhbərlərinin, iştirak etdiyi qəbulda İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən danışaraq Hacıqabul rayonunun daha da inkişafı üçün görüləcək işlərdən söz açıb.

Kənd sakinləri sosial problemlərin həlli istiqamətində mühüm işlər görüldüyünü qeyd ediblər. Abdulabad kəndinə magistral yoldan gələn əsas yolun tikilərək kənd sakinlərinin istifadəsinə verildiyini, təsərrüfatların işıq, qaz, içməli su və suvarma suyu ilə tam təmin olduğunu və 640 yerlik yeni məktəb binasının tikildiyini xüsusi vurğulayaraq ölkə başçısına minnətdarlıqlarını bildiriblər.  

Qəbulda iştirak edən kənd sakinləri tərəfindən qaldırılmış məsələlər yerində aidiyyəti təşkilatların məsul işçiləri ilə müzakirə olunmuş və onlara məsələlərin həlli istiqamətində işlərin görülməsi üçün müvafiq tapşırıqlar verilib.  

Bundan əlavə İcra Hakimiyyətinin başçısı kənd ərazisində əkin sahələrinin növbəli əkin sisteminə keçirilməsini qeyd edib, əhali üçün real gəlir mənbəyi olan pambıqçılığın inkişaf etdirilməsi üçün müvafiq tövsiyələr verib.  

XALQ.AZ