İcra başçısı reydlər keçirdi-Fotolar

Yasamal rayonunda profilaktiki reydlər davam edir

Koronavirus pandemiyası dövründə əhalinin sağlamlığının təmini sahəsində vəziyətlə tanış olmaq üçün Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov növbəti reyd keçirib.XALQ.AZ xəbər verir ki, İcra Hakimiyyətinin başçısı rayon ərazisində fəaliyyət göstərən supermarket, aptek, ödəniş məntəqələri və insanların toplandığı digər ictimai məkanlara baş çəkib. Rayon ərazisində fəaliyyət göstərən bir sıra mağaza və dükanlarda baxış keçirilib. Bakı şəhəri İcra Hakimiyyətinin nümayəndələri və Yasamal rayon İcra Hakimiyyəti yanında Operativ Qərargahın üzvləri ilə birgə ərazidə görülən profilaktiki tədbirlərlə tanış olublar. Elşad Həsənov burada vətəndaşlar arasında sanitar və epidimioloji qaydaların mütləq şəkildə riayət olunması barədə sahibkarlıq subyekti sahiblərinə və Yasamal rayon İcra Hakimiyyəti yanında Operativ Qərargahın üzvlərinə müvafiq tapşırıqlar verib. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarının icrasına nəzarətin sərtləşdirilməsinin zəruriliyini qeyd edib. İcra başçısı bildirib ki, sosial məsafə, tibbi maska, əlcək və tibbi spirtdən istifadə qaydalarına hər bir sakin riayət etməlidir və yalnız bununla koronavirusu  lokallaşdırmaq və insanların sağlamlığını təmin etmək mümkün olacaq.

На изображении может находиться: 1 человек, стоит
На изображении может находиться: 1 человек, стоит и костюм

На изображении может находиться: один или несколько человек, люди стоят, костюм и борода
На изображении может находиться: один или несколько человек и люди стоят

На изображении может находиться: один или несколько человек, люди стоят и костюм
На изображении может находиться: 4 человека, люди стоят и костюм

На изображении может находиться: один или несколько человек и люди стоят

На изображении может находиться: 2 человека, люди стоят, костюм, борода и в помещении
На изображении может находиться: 2 человека, люди стоят
На изображении может находиться: один или несколько человек, люди стоят, еда и в помещении
На изображении может находиться: один или несколько человек

XALQ.AZ