İcra Başçısı uşaqlarla

 

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 66 saylı körpələr evi uşaq bağçasında Novruz bayramı münasibəti ilə təşkil edilən bayram şənliyində iştirak edib.

XALQ.AZ-ın məlumatına görə, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov körpə fidanları və bağçanın kollektivini bayram münasibəti ilə təbrik edib. Gələcəyimiz olan uşaqlara can sağlığı, süfrələrinə bol ruzi-bərəkət , hər bir ailəyə sevinc və səadət dolu günlər və vətənə layiqli övlad olmalarını arzulayıb.

Bayram şənliyi üçün hazırlanan musiqili kompozisiyada uşaqlar maraqlı proqramla çıxış ediblər. Uşaqların ifasında Novruza, yazın gəlişinəhəsr olunan şerlər, mahnılar və rəqs nömrələri tədbir iştirakçılarına xoş ovqat və bayram əhval-ruhiyyəsi bəxş edib.

DSC_0078

DSC_0101

DSC_0129DSC_0207

DSC_0236

 

 

DSC_0520