İcra başçısı vətəndaşlarla bağlı tapşırıqlar verdi

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov vətəndaşların növbəti onlayn qəbulunu keçirdi. XALQ.AZ xəbər verir ki, onlayn qəbul zamanı vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, torpaq məsələləri, tikinti materialı, maddi yardım istəmələri və digər məsələlərlə bağlı idi.
Qəbulda vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.

XALQ.AZ