İcra başçısının müavini ilə bağlı şok iddialar

Semkir

Rüfət Abbasov: «9 il stajı olan Sona Əliyeva «Əməkdar müəllim» adı almaq üçün 15 min manat, lauriat olmaq üçün 10 min manat, icra başçısının müavini olmaq üçün 30 min manat rüşvət verib»

«Şəmkir rayonunda çox göstərmə işlər baş verir. Belə ki, Şəmkirdə təhsil şöbəsinin müdiri Məcid Şıxlinski dövlətdən də, millətdən də, prezidentdən də çox sevdiyi pulu üstün tutur». Bu sözləri TİA.AZ-ın ünvanına göndərdiyi müraciətində Şəmkir rayon Dəllər kənd sakini Rüfət Abbasov yazıb.

XALQ.AZ-ın məlumatına görə, O müraciətində iddia edir ki, Şıxlinski Əhməd Cavad adına orta məktəbdə biologiya müəllimi işləyən savadsız Əliyeva Sona Sakit qızına pul ilə müəllimlərin respublika müsabiqəsində lauriat adını almasını təşkil edərək, əvəzində 10 min manat almağa müvəffəq olub. «Sona Əliyavanın iş stajı 9 il olmasına baxmayaraq, ona müəllim işlədiyi 6-cı ildə «Əməkdar müəllim» fəxri adı verilib. Bu əməliyyatları apararkən Məcid Şıxlinski Sona xanıma verilən «laureat» adı üçün 10 (on) min manat, «Əməkdar müəllim» adı üçün isə 15 (on beş) min manat rüşvət almışdı. Sona xanım bu 9 ildə həmdə evlənərək 3 (üç) uşaq anası olmuşdur. 3 il analıq məzuniyyətində olmuşdur».

Şəmkir sakini bundan əlavə, digər ilginc iddialar irəli sürür. O bildirir ki, Sona Əliyeva daha yüksək kürsülərə rüşvət hesabına oturmağa da nail olub. «Halbuki Şəmkir rayonunda bu yüksək adlara həqiqətən layiq ola biləcək zəhmətkeş, əxlaqlı, pedoqoji stajı tam olan müəllimlər ordusu var. Axı biz bilirik ki, «Əməkdar müəllim» fəxri adı ola bilmək üçün 20 il işləmək lazımdır. Bir belə saxtakarlıqdan sonra Sona Əliyeva Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Nazim Veyisov tərəfindən İcra Başçısının müavini vəzifəsinə gətirilib. Bu vəzifə üçün Nazim Veyisov Sona Əliyevadan 30 min manat pul alıb».

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.