İcra başçısının müavinin ailəsində faciə

 

qeza azvision 23

Saatlı rayonunun Sarıcallar kəndində avtomaşının qatarla toqquşması nəticəsində baş vermiş qəza barədə virtualaz.org saytının Şirvan bürosu təfərrüatlar əldə edib.

Belə ki, tənzimlənməyən dəmir yolu keçidində qatarın vurduğu VAZ-2106 markalı avtomaşının sürücüsü Sabirabad rayonunun Qalaqayın kəndinin baytar həkimi 1957-ci ildə anadan olmuş Ağayev Güloğlan Abı oğlu olub.

Hadisə nəticəsində Güloğlan Ağayev, həyat yoldaşı və 15 yaşlı qızı dünyalarını dəyişiblər.

Qeyd edək ki, qəzada həlak olmuş bu ailə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənovun yaxın qohumlarıdır. Belə ki qəzada həlak olmuş Güloğlan Ağayevin həyat yoldaşı Həsən Həsənovun bacısıdır.