İcra başçısının şok fotoları üzə çıxdı

 

88

Ağsunun rəhbəri Ənvər Seyidəliyev başqa qadınla obyektivə yaxalanıbmış

Ağsunun icra başçısı Ənvər Seyidəliyevin uyğunsuz vəziyyətdə fotoşəkilləri üzə çıxıb. Bu barədə Xalq.az-a verilən məlumatda deyilir ki, Bakıda lentə alınmış həmin fotoşəkillərdə icra başçısının başqa bir qadınla münasibətlərinin olduğu aşkarlanıb. Məlumatlarda iddia edilir ki, Ağsunun icra başçısının həmin qadınla münasibətləri bir neçə il bundan əvvəl yaranıb. Evli olan həmin qadınla tanışlıq isə rayon İcra Hakimiyyətində baş tutub. Belə ki, sözügedən xanım özünü jurnalist kimi təqdim edərək Seyidəliyevlə görüşüb. Bundan sonra aralarında səmimi münasibətlər yaranıb. Mənbə iddia edir ki, həmin fotoşəkillərdə adı açıqlanmayan qadınla çox səmimi görüntülər qeydə alınıb. Xırdalan dairəsinin yaxınlığında  qeydə alınmış həmin görüntülər təsadüf nəticəsində çəkilib. Həmçinin o da deyilir ki, yaranan münasibətlərdən dolayı icra başçısı sözügedən qadına Bakıda mənzil də bağışlayıb. Üstəlik, o da iddia edilir ki, məhz icra başçısının təkidi ilə qadın ərindən belə boşanıb. Xalq.az-a çatan bilgilərdə o da deyilir ki, «jurnalist» qadınla münasibətləri yaranandan sonra Seyidəliyevin hətta onun əri ilə münaqişəsi də yaşanıb. Belə ki, keçmiş əri ilə Ağsu İcra Hakimiyyətinə yollanan «jurnalist»lə söhbət zamanı əri otağa qəfil daxil olub. İcra başçısının otağında dava yaşanan anda Seyidəliyevin köməkçisi otağa daxil olaraq, onları aralaşdırıb. Ardından isə İcra Hakimiyətinin binasını mühafizə edən polislər tərəfindən ərazidən uzaqlaşdırılıb. İcra başçısı sözügedən şəxsi həbs etdirmək fikrində olsa da, keçmiş həyat yoldaşının xahişi əsasında niyyətindən əl çəkib. Məsələ ilə bağlı araşdırmamız davam edir. Həmin fotoşəkillər əlimizdə olsa da, etik normaları nəzərə alaraq yayımlamırıq.

P.S. Qarşı tərəfindən mövqeyini dərc etməyə hazırıq