İcra başçısının yarıtmaz fəaliyyəti ifşa olundu-Foto-Video

“Prezident İlham İlham Əliyev müşavirələrdə yerli icra hakimiyyətlərinə, xüsusən məmurlara, bir sıra dövlət qurumlarına  çox ciddi xəbərdarlıq edir. Lakin bəzi məmurlar bu xəbərdarlıqlardan nəticə çıxarmırlar.

Videoblogger Ata Abdullayev çəkilişində Abşeron şəhər İcra başçısı İradə Gülməmədovanın və Abşeron Bələdiyyəsi sədrinin yarıtmaz fəaliyyətlərini ifşa edib.

XALQ.AZ xəbər verir ki, videoblogger Ata Abdullayev canlı yayımda Abşeronun Masazır qəsəbəsində antisanitariyann yarandığını göstərib və icra başçısının,və bələdiyyə sədrini çəkiliş olan əraziyə dəvət edib lakin heç biri onun çağırışa gəlməyiblər. Təqdim etdiyimiz fotolarda bir necə müddətdir tullantıların atılmamsının şahidi oluruq. Bu antisanitariya şəraitini yaradan şəxslər ərazidə bir çox xəstliklərin yayılmasına qaşısını belə almırlar. Ölkəmizdə karantin rejimi tətbiq olunub vətəndaşların sağlamlığını qorunması naminə dövlətimiz lazımi tədbirlər görür, ancaq Abşeronun xanım icra başçısı İradə Gülməmmədova bu amilləri nəzərə alırmı?

Əməkdaşımız Abşeron icra hakimiyyəti ilə əlaqə saxlayıb və bu haqda məlumatsız olduqlarını bildiriblər. Xəbərimiz yoxdur video baxaq əlavə məlumat verərik.

Abşeron rayon icra hakimyyətinin və bələdiyəsin 2020 inkişafi göz qabağinda!!!

Gepostet von Ata TV am Dienstag, 21. April 2020









XALQ.AZ