İcra Hakimiyyətinin əməkdaşı yıxılaraq ölüb

Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşı ölüb. 

Xalq.az-ın xəbər verir ki, Qarabağ Mərkəzinin məlumatına görə, Xocavənd rayon Muğanlı kənd ərazi nümayəndəsinin müavini Rəşad Rüstəmov evdə təmir işləri aparan zaman yıxılaraq ağır bədən xəsarətləri alıb. 

O, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında cərrahiyyə əməliyyatı olunsa da, ancaq həkimlər onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı araşdırma aparılır.