İcra hakimiyyətlərində dəyişiklik

 

 

9

 

Xalq.az xəbər verir ki, Kürdəmirin və Ağdamın icra başçısının vəzifədən kənarlaşdırılmasından sonra  bir neçə icra başçısının vəzifədən uzaqlaşdırılması və ya yerinin dəyişdirilməsi gözlənilir. Xalq.az  -a daxil olan məlumata görə, prezident İlham Əliyevin son müşavirələrində ciddi xəbərdarlıq alan icra başçıları ilə bağlı Administrasiyaya daxil olan şikayətlərin sayı azalmayıb.
Əksinə, problemlər daha da qabarıb. Rayonda vətəndaşların icra başçılarına olan münasibəti pisləşib. Bu səbədən də bir neçə rayon icra başçısının vəzifədən uzaqlaşdırılması və ya yerinin dəyişdirilməsi gözlənilir.Həmin məlumatda qeyd olunur ki, bir neçə icra başçısı işdən azad olunacaq, diğərləri isə yeni təyinat alacaqlar.

 

Mövzu ilə əlaqədar yeni məlumat veriləcək