İcra Hakimiyyətlərində yenilik –ÖZƏL

3

İcra hakimiyyətlərində  gənc kadrlar işlə təmin olunacaq

 

Məlum olduğu kimi ölkə başçısının yürütdüyü düşünülmüş siyasəti  Azərbaycan xalqının,vətənimizin inkişafına hesablanıb. Xalq.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata əsasən bütün yerli icra hakimiyyətləri strukturlarında dəyişkliklər gözlənilir. Belə ki, gənc kadrların irəli çəkilməsi və  bu sahədə islahatların aparılması bu günün əsas məqsədlərindən  hesab olunur. Bu sahədə artıq tapşırıqlar verilib və lazımi tədbirlər görülür. Əldə etdiyimiz məlumata əsasən bütün yerli icra hakimiyyətləri strukturlarında yanvar ayından dəyişiklər gözləniləndir. Bu dəyişikliklərdən əlavə icra hakimiyyətlərinin ictimai-siyasi və humanitar şöbələrində dəyişikliklər olacaq. Belə ki, bu vəzifəyə ancaq gənc kadrlarr həvalə olunması planlaşdırılır,üstünlüklər xanımlara veriləcək. Artıq bu işlərin görülməsinə start verilib və siyahı Prezident administrasiyasına təqdim olunub.