İctimai iaşə müəssisələrində bu sahələr dezinfeksiya edilməlidir – SİYAHI

İctimai iaşə müəssisələrində dezinfeksiya edilməsi vacib olan sahə və səthlərin siyahısı açıqlanıb. 

XALQ.AZ xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu məlumat yayıb. 

Siyahını təqdim edirik:

– İctimai iaşə müəssisələrinin ərazisi;

– Binanın daxilində olan bölmələr;

– Masa və stulların səthləri;

– Pəncərələr və pəncərə altlıqları, tutacaqları;

– Döşəmə və divar səthləri;

– Qapılar və qapı tutacaqları;

– Mətbəx avadanlıqları;

– Təmizlik üçün istifadə olunan bölmələr.

XALQ.AZ