İdlibdə Suriyanın iki təyyarəsi vuruldu

Suriyanın İdlib vilayətində ölkənin Hərbi Hava Qüvvələrinə məxsus iki “Su-24” qırıcı təyyarəsi vurulub.

XALQ.AZ-ın xəbərinə görə, bu barədə “SANA” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, hərbi təyyarələr Türkiyə ordusu tərəfindən məhv edilib. 

Türkiyə Müdafiə Nazirliyi isə bildirib ki, təyyarələr İdlib vilayətində Türkiyə ordusunun mövqelərinə təhdid yaratdığı üçün vurulub. 

Xatırladaq ki, Türkiyə Suriyanın İdlib vilayətində 27 fevral tarixindən “Bahar qalxanı” əməliyyatına başlayıb.