İdmançımız dünyada birinci oldu

Idman

Beynəlxalq Güləş Federasiyası – FİLA təqvim planı üzrə may ayında keçirilən yarışların nəticələrinə əsasən, iyun ayı üçün sərbəst növ üzrə güləşçilərin reytinq siyahısını açıqlayıb.

XALQ.AZ-ın Azərbaycan Güləş Federasiyasına istinadla verdiyi məlumata görə, sərbəst güləş üzrə reytinq siyahısına 10 pəhləvanımızın adı daxil edilib:

61 kq
1. Hacı Əliyev (1)
8. Əhmədnəbi Qvarzatilov (8)

65 kq
16. Məhəmməd Müslümov (14)

70 kq
2. Ruslan Dibirhacıyev (2)

74 kq
4. Cəbrayıl Həsənov (8)

86 kq
12. Həmzət Osmanov (10)

97 kq
3. Xetaq Qazyumov (3)
6. Şərif Şərifov (5)

125 kq
6. Əli İsayev (nr)
7. Cəmaləddin Məhəmmədov (6)