İdmançımız ermənini məğlub etdi

Rusiyanın paytaxtı Moskvada kikboksinqin K1 növü üzrə reytinq xarakterli beynəlxalq turnir keçirilib.

Yarışda Azərbaycanı Ramazan Abdullayev təmsil edib.

57 kq çəki dərəcəsində çıxış edən idmançımız erməni David Qriqoryanla qarşılaşıb. Döyüşün bütün raundlarında rəqibindən üstün olan R. Abdullayev 3:0 hesabı ilə inamlı qələbə qazanıb. O, görüşün gedişində D.Qriqoryanı üç dəfə “daun” vəziyyətinə salıb.

R.Abdullayev açıqlamasında erməni rəqibi üzərində qələbə çaldığına görə çox sevindiyini, xarici ölkədə Azərbaycanın üçrəngli bayrağını qaldırması ilə fəxr etdiyini bildirib.

XALQ.AZ

Yeganə