İfaçılarımız beynəlxalq müsabiqədən medalla qayıdıblar

Rusiyanın Sankt-Peterburq şəhərində görkəmli musiqiçi və pedaqoq, professor S.İ.Savşinskinin xatirəsinə həsr edilmiş IX Beynəlxalq Musiqi Müsabiqəsi keçirilib. XALQ.AZ-ın məlumatına görə, beş yaş kateqoriyası üzrə təşkil edilən müsabiqəyə Rusiya, İsveç, Çin, Türkiyə, Belarus, Estoniya, Polşa, Finlandiya, Belçika, ABŞ, Moldova, Qazağısan və Litvadan olan musiqiçilər qatılıb. Müsabiqədə ölkəmizi Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin 5-ci sinif şagirdi 10 yaşlı Şirin Əmiraslanova və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 2-ci kurs tələbəsi Nəriman Əmiraslanov təmsil ediblər. Təmsilçilərimiz müsabiqənin laureatı adını qazanaraq üçüncü dərəcəli diploma layiq görülüb, müsabiqənin diplomatı adını qazanıblar.