II qan qrupuna aid koronaviruslu xəstələrdə daha çox ağırlaşma baş verir

“Koronavirusa yoluxma bəzi qan qrupuna aid şəxslərdə problemli keçir”.

XALQ.AZ-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib.

Onun sözlərinə görə, II qan qrupuna aid xəstələrdə daha çox ağırlaşma baş verir: “Mart ayında Çində aparılan tədqiqatlar da bunu göstərirdi”.