İki məktəbli itkin düşüb

90

 

13 yaşlı Səkinənin itkin düşməsi barədə anası polisə xəbər verib.

Bakıda iki məktəbli itkin düşüb.Xalq.az  APA-ya istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsindən verilən məlumata görə, 2002-ci il təvəllüdlü Murad Babayevin itkin düşməsi barədə babası Bahadur Babayev polisə məlumat verib.Daha bir itkin düşmə faktı Suraxanı rayonunda qeydə alınıb. Rayon Polis İdarəsindən verilən məlumata görə, 2000-ci il təvəllüdlü Səkinə Sabir qızı Əbdürrəhmanovanın itkin düşməsi barədə anası polisə xəbər verib.

Hər iki faktla bağlı araşdırma aparılır.