İki oğlu diri-diri yanan jurnalistin faciəsi (VİDEO)

Vasif

Müəmmalı yanğın nəticəsində iki oğlu diri-diri yanan jurnalist Vasif Turanın alın yazısından bu axşam ANS danışacaq.

ANS PRESS-in məlumatına görə, Şəbnəm Xeyrullanın təqdimatında reallaşan “Alın yazısı” telelayihəsinin bu dəfəki buraxılışı Vasif Turanın həyat faciəsinə həsr edilib.

Başına gələnlərdə hələ də özünü günahlandıran jurnalist, taleyin qarşısında aciz qaldığı anlardan danışacaq. Xanımı isə övladlarının faciəli ölümünün qəhrindən keçirdiyi hisslərini dilə gətirəcək.

Qeyd edək ki, “Alın yazısı” hər çərşənbə axşamı saat 22.20-də yayımlanır.