İki rayonun icra başçısı dəyişdirildi

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

XALQ.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, Siraqəddin Nəcəf oğlu Cabbarov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Dövlət başçısnın digər sərəncamı ilə Nazim Mehdi oğlu İsmayılov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən kənarlaşdırılıb.

Prezident İlham Əliyevin növbəti sərəncamı ilə Siraqəddin Nəcəf oğlu Cabbarov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı, Nazim Mehdi oğlu İsmayılov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.