İki uşaq anası özünü asdı

Ağsu rayonunda iki uşaq anası özünü asıb.

XALQ.AZ xəbər verir ki, hadisə Ağsu rayonun Bənəcik kəndində mal-qara fermasında qeydə alınıb.

Belə ki, Ağsu rayonun Nəmirli kənd sakini, 1987-ci il təvəllüdlü Süleymanova Zümrüd Yadigar qızı işlədiyi mal-qara fermasında özünü asaraq intihar edib.

Qedək ki, Z.Süleymanova iki dəfə ailə həyatı qurub.

Faktla bağlı Ağsu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.