İki uşaq anası Türkiyədə öldürüldü

Türkiyədə – Dənizli vilayətinin Pamukkale rayonunda Azərbaycan vətəndaşı, 33 yaşlı Azərbaycan vətəndaşı Türkay İsayeva ölü olaraq tapılıb.

XALQ.AZ xəbər verir ki, qadın qaldığı evdə döyülərək öldürülüb.

Türkay İsayeva iki uşaq anası olub.

Cinayətkarın axtarılıb-tapılması istiqamətində əməliyyat tədbirləri görülür.

Hələlik qatilin kimliyi bilinmir. Qadının qonşuları bildirib ki, evdə tez-tez narazılıqlar olub.

 

Elgün