İkibaşlı keçi

Iki bash keci

Türkiyənin Bursa vilayətində ikibaşlı keçi dünyaya gəlib. Xalq.az-ın məlumatına görə, Mudanya kəndində Hakan Ö.-nun fermasında dünyaya gələn oğlaq sahibi qədər görən hər kəsi təəccübləndirib.

Belə ki, doğulan keçi balasının hər ik ibaşı bir anda qidalanır və gözləri yalnız bir istiqamətə baxır.

Oğlağı müayinə edən həkim isə onun 10 gündən çox yaşamayacağını deyib.

30 ildir ferma ilə məşğul olan Hakan Ö. isə ilk dəfədir belə bir hadisə ilə rastlaşdığını deyir. O, bundan çox təəccübləndiyini gizlətməyib.