İkimərtəbəli evdə partlayış: 5 ölü, 9 yaralı

Partlatis

Rusiyanın Omsk vilayətində baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Xalq.az-ın məlumatına görə, partlayış Maryanovsk rayonunda ikimərtəbəli yaşayış evində baş verib. Partlayışa məişət qazının sızması səbəb olub. Partlayış nəticəsində yaşayış evi qismən dağılıb.

Xəsarət alanlar arasında üç uşağın olduğu bildirilir.