“İkimiz də bu qənaətə gəldik ki…”

Ayan

Ötən ayın əvvəli ana olan və bu səbəbdən sənət işlərində fasilə yaradan Ayan Babakişiyeva bu gündən yaradıcılığına davam edir.

Xalq.az-ın məlumatına görə, səsyazma studiyasına yollanan sənətçi Elçin İmanovun Zemfira Əlişqızının sözlərinə yazdığı “Qorxuram gecələrdən” mahnısını lentə yazdırır. Ayan bildirib ki, bu mahnı 5 il öncə yazılıb:

“Elçin müəllim bu mahnını 5 il öncə bəstələyib. Onu lentə yazdırmaq ərəfəsində ortaya başqa yeni mahnılar çıxdı. Elçin müəllim özü hələlik bu mahnını saxlamağı məsləhət gördü. Fasiləni qırmaq ərəfəsində ikimiz də bu qənaətə gəldik ki, mahnı yazılsın. Sözlərinə baxmayaraq, mahnı dinamikdir. Bunun ardınca başqa müəlliflərin daha bir neçə mahnısı yazılacaq”.

Ayan söhbətinin davamında burnundan əməlliyyat olunduğu barədə yayılan xəbərə münasibət bildirmək məcburiyyətində qaldı. “Belə bir xəbər yazılıb ki, guya mən burun əməliyyatı keçirmişəm. Əsla. Olsaydı, gizlətməzdim. Neçə ki, öncə çəkilən fotoya baxmaqla, bu qənaətə gəlmək olmaz. İnsan fotolarda müxtəlif cür düşür. Burun əməliyyatı keçirmədiyimi bildirirəm”.