İkinci Günəş tutulması olacaq

Gələn ay 2019-cu ilin ikinci Günəş tutulması baş verəcək.
AMEA Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, Günəş tutulması (tam tutulma) iyulun 2-3-nə təsadüf edəcək.
Təbiət hadisəsi Bakı vaxtı ilə saat 20:55-də başlayacaq və 01:50-də başa çatacaq.
Günəş tutulması Sakit Okeanın cənub hissəsi, Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək.
apa