İkinci peyklə bağlı tender elan olunacaq

 

26

 

Gələn ilin yanvar ayında Azərbaycanın ikinci süni rabitə peykinin orbitə çıxarılması ilə bağlı tender elan olunacaq.

 

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bu barədə məlumat verib. Onun sözlərinə görə, artıq Azərbaycanın ikinci süni rabitə peykinin orbitə çıxarılması layihəsi ilə bağlı müzakirələr və təhlillər başa çatıb.

 

Bununla bağlı gələn ilin yanvar ayında tender elan olunacaq. Tender məhdud saylı şirkətlər arasında keçiriləcək.