İkiqat dünya çempionunu qaçırdılar

cempion

Peşəkar boksun WBA versiyası üzrə ikiqat dünya çempionu Antonio Çermeno qaçırılıb.

Xalq.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, peşəkar boksçu Venesuelanın paytaxtı Karakasda üç nəfərlə birlikdə oğurlanıb. Belə ki, A.Çermeno avtomobili ilə yanacaqdoldurma məntəqəsinə gəlib. Lakin Çermenoya və onun yanındakı dostlarına hücum edilib.

Dostları yanacaqdoldurma məntəqəsinin işçilərinin köməkliyi ilə xilas edilsə də naməlum şəxslər Çermenonu qaçıra biliblər.

Hazırda ikiqat dünya çempionundan xəbər yoxdur