İlham Əliyev braziliyalı həmkarına məktub göndərdi

1584796277.ilham aliyev main new president 310120 1

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Jair Bolsonaruya təbrik məktubu göndərib.

XALQ.AZ xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Braziliya Federativ Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Braziliya arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və rifah diləyirəm”.