İlham Əliyev “İlin adamı” mükafatına layiq görülüb

1

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İlin Xəzər dövlət adamı” mükafatına layiq görülüb.Xalq.az  AzərTAc-a istinadən xəbər verir ki, dekabrın 5-də İstanbulda keçirilən Xəzər Forumunun sonunda müxtəlif nominasiyalar üzrə Xəzər mükafatları təqdim olunub.

“İlin Xəzər dövlət adamı” mükafatına regionda həyata keçirilən transmilli layihələrdə liderliyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev layiq görülüb. Mükafatı Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova təqdim edib.

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Türkiyənin nəqliyyat, dənizçilik naziri Binəli Yıldırım “İlin ən yaxşı layihəsinin icraçısı” mükafatına layiq görülüb.
.
“Xəzər elm mükafatı” professor Kemal Karpata, “Xəzər media mükafatı” isə türkiyəli jurnalistlərə təqdim olunub.

“Xəzər sənət mükafatı” azərbaycanlı müğənni Tünzalə Ağayevaya, “İlin ən yaxşı tammetrajlı filmi” mükafatı Dağlıq Qarabağ problemindən bəhs edən “Qafqaz” filminin müəlliflərinə təqdim edilib.

 

12

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.