İlham Əliyev Ukrayna Prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenskiyə Odessa şəhərində kollecdə baş vermiş yanğında insan tələfatı ilə bağlı başsağlığı verib.

XALQ.AZ-ın xəbərinə görə, başsağlığında deyilir:

Hörmətli cənab Prezident,

Odessa şəhərində kollecdə baş vermiş yanğın nəticəsində insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Qeyd edək ki, Ukraynanın Odessa şəhərində kollec binasında baş verən yanğın zamanı ölənlərin sayı 10 nəfərə çatıb.

XAlQ.AZ

29.99 ₼ -dan başlayan qiymətlərlə
* Intel Core i3-2100 3.1GHz 2c
* 1x 500GB SATA və ya 1x 120GB SSD Disk Həcmi
* 4GB DDR3 RAM
* 50TB Trafik
* 100Mbit/s Sürət
Ətraflı məlumat üçün daxil olun:
https://hostimul.com/az/fiziki-server/