İlham Əliyev 2 sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Polad Bülbüloğlunun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

XALQ.AZ sərəncamın mətnini təqdim edir:

“Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğlu “Heydər Əliyev” ordeni ilə təltif edilsin”.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ramiz Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur:

”Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Ramiz Mahmud oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilsin”.