İlham Əliyev Ağdamda hərbi hissədə

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 3-də Ağdam rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə olub.

XALQ.AZ xəbər verir ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevə raport veriblər.

Prezident İlham Əliyev hərbi hissədəki şəraitlə tanış olub.