Prezident avtomobil yolunun açılışında

Qaradağ rayonunda yenidən qurulan Lökbatan-Qobu avtomobil yolunun açılışı olub.

XALQ.AZ xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev açılışda iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına layihənin texniki göstəriciləri barədə məlumat verib.

47 min nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən, yük və sərnişin daşımasının yaxşılaşdırılmasına xidmət edən Lökbatan-Qobu avtomobil yolunun uzunluğu yeddi kilometrdən çoxdur.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Orxan